Dini liderlər Səmərqənddən dünyaya çağırış etdilər
Özbəkistanda keçirilən Beynəlxalq İslam Sivilizasiyası Forumunun 3-cü günü Səmərqənd şəhərinin 25 km-liyində yerləşən İmam Buxari Memorial Kompleksində davam edir.
Crossmedia.az xəbər verir ki, forumun rəsmi hissəsindən əvvəl qonaqlar İmam Buxari Memorial Kompleksinini ziyarət edib. Qonaqlara kompleks barədə ətraflı məlumat verildi.
Daha sonra memorial kompleksə daxil olan məsciddə Azərbaycanı forumda təmsil edən Bütün Qafqaz Şeyxi Allahşükür Paşazadə və digər din xadimləri namaz qıdılar. Forumun rəsmi hissəsində Özbəkistan Prezident Administrasiyasının təhsil və dini məsələlər departamentinin rəhbəri Müzəffər Kamilov, Məkkədə yerləşən Əl-Məscid Əl-Haram Məscidinin baş imamı Şeyx Səhih bin Abdulla bin Humaid, ICESCO-nun baş direktoru Salim Əl-Malik, Mərakeş krallığının islam məsələləri üzrə naziri Əhməd Toufiq, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və digər rəsmi şəxslər çıxış etdilər. Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyevin, özbək xalqının lideri Zati-aliləri Prezident Şavkat Mirziyoyev və bütün özbək xalqına salamlarını, ən səmimi arzularını yetirməkdən böyük şərəf duyduğunu qeyd etdi. Allahşükür Paşazadə İmam Buraxi Memorial Kompleksinin yerində mövcud olmuş məqbərənin ateizm dövründə dağıdılldığını və onun bərpasında şəxsən iştirak etdiyini diqqətə çatdırdı. O həmçinin Özbəkistanın islam irsinə verdiyi töhfələri, islam mütəfəkirləri isrisinin BMT tribunasından təşviq olunduğunu diqqətə çatdırdı. Allahşükür Paşazadə Bu ilin sentyabr ayında Bakıda keçiriləcək Türk Dövlətləri Təşkilatı çərçivəsində müsəlman dini liderlərinin görüşünün Bakıda keçiriləcəyini, eləcə də bu görüş çərçivəsində böyük islam mütəfəkkiri Seyid Yəhya Bakuvinin irsinə dair beynəlxalq konfransında nəzərdə tutulduğunu forum iştirakçılarının diqqətinə çatdırdı.
Qeyd edək ki, iyulun 7-da Daşkənddə başlanan I Beynəxlalq İslam Sivilizasiyası Forumu iyulun 11-dək davam edəcək. Səmərqənddən sonra forum iştirakçıları Termez (Buxara) şəhərinə yola düşəcəklər. Azərbaycan Respublikası Milli Məclisinin deputatları Cavanşir Paşzadə, Qüdrət Həsənquliyev, eləcə də din xadimlərinin daxil olduğu nümayəndə heyətinə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə rəhbərlik edir.
09:33 09.07.2026
Oxunuş sayı: 46