Sabah bu ərazidə qaz olmayacaq
Sabah Bakının bir hissəsində qaz olmayacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilir ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Balaxanı qəsəbəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
19:40 06.07.2026
Oxunuş sayı: 64