Azərbaycandan Tailanda ixrac olunan neftin həcmi açıqlanıb
Yanvar-may aylarında Azərbaycandan Tailanda ixrac olunan neftin həcmi açıqlanıb.
Crossmedia.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin açıqladığı xarici ticarətin gömrük statistikasına əsasən, cari ilin yanvar-may aylarında Azərbaycandan Tailanda 103,3 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə olunmuş 37,4 min ton neft və neft məhsulları ixrac olunub.
Komitənin məlumatına görə, bu göstərici dəyər ifadəsində 2025-ci ilin eyni dövrü ilə müqayisədə 27,4 milyon ABŞ dolları və ya 36,1 faiz çox, həcm baxımından isə təxminən 400 ton və ya 0,3 faiz azdır.
Vurğulanıb ki, ötən ilin yanvar-may aylarında Azərbaycandan Tailanda 75,9 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan alınmış 137,8 min ton neft və neft məhsulları ixrac edilib.
Qeyd edək ki, cari ilin yanvar-may aylarında Azərbaycandan dünyanın digər ölkələrinə ümumilikdə 5,121 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan alınmış 8,828 milyon ton xam neft və neft məhsulları ixrac olunub.
2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 522 milyon ABŞ dolları və ya 9,2 faiz, fiziki həcm baxımından isə 1,535 milyon ton və ya 14,8 faiz azalıb.
Cari ilin yanvar-may aylarında Azərbaycan neftinin əsas idxalçıları sırasında ilk üçlükdə İtaliya (5,339 milyon ton, 3,021 milyard ABŞ dolları) qərarlaşıb. Sonrakı yerlərdə Rumıniya (461,3 min ton, 247,8 milyon ABŞ dolları) və Çexiya (433,1 min ton, 245,7 milyon ABŞ dollarından çox) yer alıb.
18:34 06.07.2026
Oxunuş sayı: 45