Buğaları iyulda nə gözləyir? Gərginlik və münaqişələr qaçılmaz ola bilər
Astroloqlar iyul ayında Buğa bürcü altında doğulanları emosiyalarına nəzarət etməyə çağırırlar.
Crossmedia.az UNIAN-a istinadən xəbər verir ki, ayın ilk günləri gərgin keçə bilər.
Xüsusilə iyulun 2-də əsəbilik və tələsik verilən qərarlar münaqişələrə səbəb ola bilər. Bu dövrdə məqsədləri düzgün müəyyənləşdirmək və emosional davranışlardan çəkinmək tövsiyə olunur.
İyulun 14-də isə köhnə vərdişlərdən və fayda verməyən planlardan imtina etmək üçün əlverişli mərhələ başlayacaq. Bu tarix həyat tərzini yenidən gözdən keçirmək və yeni istiqamətlər müəyyənləşdirmək baxımından uğurlu hesab edilir.
Ayın sonlarına doğru vəziyyət daha sabitləşəcək. İyulun 26-da hadisələrə daha soyuqqanlı yanaşmaq və gələcək planlarla bağlı obyektiv qərarlar vermək mümkün olacaq. Astroloqlar ayın sonunda görülən işləri dəyərləndirməyi və artıq fayda verməyən məşğuliyyətlərdən uzaqlaşmağı məsləhət görürlər.
07:15 04.07.2026
Oxunuş sayı: 66