“Yüksəliş” müsabiqəsi bacarıqlı insanların üzə çıxarılmasına xidmət edir - Anar Quliyev
Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilmiş “Yüksəliş”müsabiqəsi istedadlı insanların üzə çıxarılmasına xidmət edir.
Crossmedia.az xəbər verir ki, bunu “Baku Expo Mərkəz”də keçirilən “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
A.Quliyev qeyd edib ki, bu gün dünyada şəhərlər iqtisadi inkişaf və sosial transformasiyanın əsas hissəsinə çevrilib: “İnsanların çoxu hazırda şəhərlərdə yaşayır. Şəhərdəki insanların sayının çox olması, inkişafı və insanyönümlü tərəqqini zəruri edir. Azərbaycanın son illərdə həyata keçirdiyi layihələr, ağıllı kəndlərin tətbiqi, müasir baş planlar hazırlanması mühüm hadisələrdir. Şəhərsalma məsuliyyət və balanslı qərarvermə tələb edir. Bu prinsiplər müasir idarəetməçiliyə də aiddir. Hər qərar gələcəyə xidmət etməlidir. Bu gün burada iştirak edən yarımfinalçıların bu sadaladığım proseslərdə yaxından və peşəkarcasına iştirak edəcəyindən əminəm. Dövlətin yaratdığı imkanlardan səmərəli istifadə etmək üçün məsuliyyətli olmaq və bacarıq şərtdir. “Yüksəliş” müsabiqəsi də həmin bacarıqların, bacarıqlı insanların üzə çıxarılmasına xidmət edir”.
Ayhan
16:00 03.07.2026
Oxunuş sayı: 44