Ən güclü və özünə güvənən insanlar bu aylarda doğulanlardır – Astrologiya
Astrologiyaya görə, bəzi aylarda doğulan insanlar daha güclü xarakterə, yüksək özünəinam hissinə və müstəqil qərar vermək bacarığına malik olurlar.
Crossmedia.az xəbər verir ki, bu barədə "UNIAN" nəşri məlumat yayıb.
Məlumata əsasən, yanvar, aprel, avqust və noyabr aylarında doğulan şəxslər həyatdakı çətinliklərin öhdəsindən təkbaşına gəlməyə daha meyilli hesab olunurlar. Onlar problemlərinin həllini başqalarından gözləmir, əsasən öz təcrübələrinə və qərarlarına güvənirlər.
Qeyd olunur ki, yanvarda doğulanlar planlı və məqsədyönlü, apreldə doğulanlar cəsarətli və təşəbbüskar, avqustda doğulanlar özünəinamlı və soyuqqanlı, noyabrda doğulanlar isə çevik düşüncəli və çətin vəziyyətlərə tez uyğunlaşan insanlar kimi xarakterizə edilirlər.
Bununla yanaşı, materialda vurğulanır ki, astrologiya elmi cəhətdən təsdiqlənmiş sahə deyil və bu cür qiymətləndirmələr əsasən əyləncə xarakteri daşıyır.
07:19 03.07.2026
Oxunuş sayı: 62