TDT-yə üzv ölkələrin dini qurum rəhbərləri Şuşa ilə tanış olublar
TDT-yə üzv ölkələrin dini qurum rəhbərləri Şuşa ilə tanış olublar.
Crossmedia.az xəbər verir ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşünün iştirakçıları Şuşa şəhərinin tarixi və görməli məkanlarını ziyarət ediblər.
Qonaqlara şəhərin işğal dövrü və azadlıqdan sonra həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumat verilib.
Nümayəndə heyəti Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün heykəlləri, "Heydər Əliyev və Qarabağ" fotosərgisi, Xan qızı Natəvanın imarəti, Şuşa qalası, Aşağı və Yuxarı Gövhər Ağa məscidləri, eləcə də Cıdır düzünü ziyarət edib.(APA)
17:58 30.06.2026
Oxunuş sayı: 51