Nazir komandiri işdən çıxardı
Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı Alayının komandiri işdən azad olunub.
Crossmedia.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə Alayının komandiri polkovnik Vüqar Məhərrəmov tutduğu vəzifəsindən azad edilib.
Onun yerinə Süleyman Hüseynov gətirilib.
Nazir bununla bağlı bir müddət əvvəl əmrlər imzalayıb.
12:37 29.06.2026
Oxunuş sayı: 53