Ağalar Atamoğlanov iki ölkə arasında münasibətlərə töhfəyə görə mükafatlandırılıb
Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov iki ölkə arasında dostluq münasibətlərinin və hərtərəfli strateji tərəfdaşlığın inkişafına verdiyi töhfələrə görə Qazaxıstan Respublikasının “Dostlıq” II dərəcəli ordeni ilə təltif olunub.
Crossmedia.az xəbər verir ki, mükafatlandırma mərasimi Azərbaycan–Qazaxıstan münasibətlərinin yüksək səviyyədə olduğunu və diplomatik əməkdaşlığın daha da möhkəmləndirilməsinə verilən önəmi bir daha nümayiş etdirib.
23:31 26.06.2026
Oxunuş sayı: 51