Rusiya nüvə silahından istifadə edə bilər - Açıqlandı
Rusiya nüvə silahından istifadə edə bilər.
Bunu Crossmedia.az-a geniş müsahibəsində politoloq Aytən Qurbanova deyib.
O bildirib ki, Ukraynanın Rusiyaya intensiv hücumları bu ehtimalla nəticələnə bilər: "Rusiya ya geri çəkiləcək, ya da daha sərt mövqe ortaya qoyacaq. Biz Rusiyanın taktiki nüvə silahlarından istifadə ehtimalı barədə danışarkən həmişə deyirik ki, öz ərazisi təhdid altında olduğu zaman rəsmi Moskva bu variantı seçəcək. Məlum olduğu kimi, tarixdə bir dəfə strateji nüvə silahından istifadə olunub. Oxşar ssenari təkrarlana bilər".
14:39 25.06.2026
Oxunuş sayı: 55