Elgiz Əkbər Crossmedia-ya danışdı: Şokdayam
"Elgizlə izlə" və "Elgizli axşamlar" kimi populyar layihələrlə yadda qalan, ekranların sevilən siması Elgiz Əkbərin televiziya məkanından uzaqlaşması ətrafında müxtəlif iddialar yayılmaqdadır. Yayımlanan verilişlərinin fəaliyyəti dayandırıldıqdan sonra hər hansı bir televiziya layihəsində yer almayan tanınmış aparıcının hazırda işsiz olduğu bildirilir. Bununla yanaşı, bəzi kütləvi informasiya vasitələri və xəbər portallarında Elgiz Əkbərin iaşə obyektlərindən (restoranlardan) birində aparıcı kimi fəaliyyətə başladığına dair məlumatlar paylaşılıb.
Məsələnin doğruluğunu təyin etmək üçün Crossmedia.az Elgiz Əkbərlə əlaqə saxlayıb.
"Bu tamamilə yalandır. Əslində mən açıqlama da verdim bununla bağlı. Amma yenə də bəzi saytlar bu xəbəri yaymağa davam edir. Şokdayam, niyə belə edirlər?! Mən heç bir iaşə obyektində işləmirəm".- teleaparıcı bildirib.
Turqut Ansari
16:50 23.06.2026
Oxunuş sayı: 65