Bu bitki yaddaşı gücləndirir
Bibəriyyə güclü aromatı ilə mətbəxdə geniş istifadə olunan ədviyyat bitkisi olmaqla yanaşı, sağlamlığa müsbət təsirləri ilə də diqqət çəkir.
Crossmedia.az-ın məlumatına görə, Digi24 saytına danışan psixodiyetoloq Gina Tăuțan bildirib ki, rozmarin antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malikdir. Onun sözlərinə görə, bu bitki orqanizmdə oksidativ stressi azaldaraq hüceyrələri qorumağa kömək edir.
Mütəxəssis qeyd edib ki, son araşdırmalar rozmarinin beyin funksiyalarına da müsbət təsir göstərə biləcəyini göstərir. Bitkinin tərkibindəki bəzi aktiv maddələr diqqət, konsentrasiya və yaddaşın yaxşılaşması ilə əlaqələndirilir.
Eyni zamanda rozmarin ənənəvi tibbdə həzmi yaxşılaşdırmaq, şişkinliyi azaltmaq və yeməkdən sonra yaranan narahatlığı aradan qaldırmaq üçün istifadə olunur. Bəzi tədqiqatlar isə onun ətrinin stressi azalda və rahatlama hissi yarada biləcəyini göstərir.
01:14 22.06.2026
Oxunuş sayı: 45