Antverpen şəhərində səyyar konsulluq xidməti təşkil olunacaq
Belçikanın Antverpen şəhərində səyyar konsulluq xidməti təşkil olunacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Belçikadakı səfirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.
"Antverpen və ətraf şəhərlərində yaşayan Azərbaycan vətəndaşlarının diqqətinə! 22 iyun 2026-cı il tarixində Antverpen şəhərində Səyyar Konsulluq Xidməti təşkil olunacaq", - paylaşımda bildirilib.
Müraciət qaydası da açıqlanıb:
"Pasportların təhvil verilməsi
Arayışların verilməsi
Sorğu və ərizələrin qəbulu
Konsulluq-hüquq məsələləri üzrə məsləhətlər
Müraciətlər: [email protected]
Son müraciət tarixi: 19 iyun 2026".
18:00 16.06.2026
Oxunuş sayı: 42