Ramil Həsən Dövlət Bağçalı ilə TÜRKPA-nın fəaliyyətini müzakirə edib
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Türkiyəyə səfəri çərçivəsində Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, görüşdə TÜRKPA-nın son dövrdə həyata keçirdiyi fəaliyyətinə dair ətraflı məlumat verilib və gələcək planlar barədə geniş fikir mübadiləsi aparılıb.
D.Bağçalı TÜRKPA-ya xüsusi önəm verdiklərini və qardaş türk dövlətləri arasında əlaqələrin inkişafında, parlamentlər arasında əməkdaşlığın yeni mərhələyə daşınmasında xüsusi önəm kəsb etdiyini vurğulayıb.
O, bundan sonra da TÜRKPA fəaliyyətinə hərtərəfli dəstək verəcəyini qeyd edib.
17:24 16.06.2026
Oxunuş sayı: 51