Güclü geomaqnit qasırğası olacaq
Həftənin
ilk üç günü güclü geomaqnit qasırğası proqnozlaşdırılır.
Crossmedia.az-a bu barədə Şamaxı Astrofizika
Rəsəsdxanasına istinadən xəbər verir.
Rəsədxananın
məlumatına görə, 10 MeV-dən yuxarı enerji yüklü proton selinin 6 iyunda baş
vermiş Tac Kütlə Atılmalarının (TKA) Yerə çatması ilə artacağı gözlənilir.
Günəş
küləyinin də həmin TKA-nın təsiri nəticəsində 8–9 iyun tarixlərində normadan
yüksək səviyyədə olacağı proqnozlaşdırılır.
Ardıcıl
TKA-ların təsiri ilə 8–10 iyun tarixlərində güclü geomaqnit qasırğası
gözlənilir.
16:50 08.06.2026
Oxunuş sayı: 46