Bu ərazilərdə qaz kəsiləcək
Bu gün Bakının Suraxanı rayonunun bəzi ərazilərində qaz olmayacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Suraxanı rayonunun Hövsan qəsəbəsinin bir hissəsinin (Hövsan bağları, Dənizkənarı və O.Şabanov küçələri) qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
09:49 03.06.2026
Oxunuş sayı: 51