Azərbaycanlı şərhçinin səsləndirdiyi fikirlər gündəm oldu, türkiyəli həmkarı reaksiya bildirdi - Yunanıstan Türkiyəni vuracaq?
Politoloq Turab Rzayevin bir neçə gün əvvəl Crossmedia.az-a açıqlamasında səsləndirdiyi fikirlər ölkə gündəmində müzakirə olunmağa başlayıb. Belə ki, o, Yunanıstanın Türkiyə ilə müharibəyə hazırlaşdığını bildirib: "Bu kontekstdə Yunanıstanın F-35 qırıcıları alması, uzaqmənzilli hücum və müdafiə sistemlərini inkişaf etdirməsi diqqət çəkir. Türkiyə bunu çox ciddi qəbul edir. Hətta NATO-nun zəifləməsi, Türkiyənin Alyansdan çıxması və Yunanıstanın müharibə elan etməsi ilə bağlı ssenarilər də müzakirə olunur”.

Türkiyəli beynəlxalq münasibətlər üzrə şərhçi Umur Tuğar Yücel səslənən iddialar barədə Crossmedia.az-a- açıqlama verib: "Yunanıstan və Kipr Rum administrasiyasının davamlı silahlanma siyasəti və ABŞ, İsrail, Böyük Britaniya və Fransa kimi güclərlə hərbi əməkdaşlıq yolu ilə özlərini arsenal dövlətlərinə çevirmək səylərini nəzərə alaraq bu ehtimalı real hesab edə bilərik. Lakin Türkiyənin diplomatiyaya sarsılmaz inamı, regionda davamlı sülh məqsədi və qonşuları ilə davamlı sülh siyasəti bu müharibənin qarşısındakı ən əhəmiyyətli maneələrdir. İki ölkə arasındakı gərginliyə baxmayaraq, liderlər arasında müntəzəm görüşlər keçirilir və diplomatik kanallar açıq qalır. Bundan əlavə, hər ikisi NATO üzvü olan Yunanıstan və Türkiyə arasında müharibə Alyans daxilində ciddi xaosa səbəb olacaq. Belə bir münaqişədə Yunanıstanı dəstəkləyən digər NATO üzv ölkələrinin mövqeyi xüsusilə problemli olar. Bu, iki ölkə arasında müharibənin qarşısındakı ən böyük maneənin Türkiyədə qərar qəbul edənlərinin dinc, ağıllı və rasional siyasəti olduğunu göstərir. Əlbəttə ki, NATO müəyyən dərəcədə əyləc mexanizmi kimi çıxış edə bilər. Onu da bilmək vacibdir ki, hətta Ermənistanda belə anti-Türkiyə əhval-ruhiyyəsi ilə bağlı müsbət irəliləyişlər olsa da, yunan və kiprlilərin doqmatik, irqçi və düşmənçilik münasibəti dəyişməz olaraq qalır . Bu, onların hərəkətlərindən də görünür. Buna görə də, iki ölkə arasında riski artıran çoxsaylı amillər səbəbindən gərginlik davam etsə də, münaqişə ehtimalı aşağı olaraq qalır".
19:10 02.06.2026
Oxunuş sayı: 56