Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması layihəsi istiqamətdə görülən işlər nəzərdən keçirilib
"Bakı Enerji Həftəsi" çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf Qazaxıstanın "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri Asxat Xasenov ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Qazaxıstan arasında enerji sektoru üzrə əlaqələrin uğurlu inkişaf etdiyi qeyd olunub, SOCAR ilə "KazMunayGas" şirkəti arasında formalaşmış əməkdaşlıqdan məmnunluq ifadə edilib.
Söhbət zamanı Azərbaycan üzərindən Qazaxıstan neftinin daşınması layihəsinin uğurla davam etdirildiyi bildirilib və bu istiqamətdə görülən işlər nəzərdən keçirilib. Tərəflər üçüncü ölkələrdə birgə investisiya imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.
22:31 01.06.2026
Oxunuş sayı: 42