Sulutəpə və Xocahəsən qəsəbələrində qaz olmayacaq
Bu gün Bakının Binəqədi rayonunun iki qəsəbəsində qaz təchizatı dayandırılacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.
Məlumata görə, aşkar edilmiş qaz sızmalarının ləğv olunması ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Sulutəpə və Xocahəsən qəsəbələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
09:16 03.09.2026
Oxunuş sayı: 42