Elizabet Mrema: İnsanlar yaşadığı evlərin təhlükəsizliyinə əmin olmalıdır
Binalarda soyutma sistemi qurulmalıdır ki, insanlar kondisionerdən istifadə etməsinlər.
Crossmedia.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktorunun müavini Elizabet Maruma Mrema Bakıda keçirilən WUF13 çərçivəsində təşkil olunmuş tədbirdə bildirib.
Biz nəzərə almalıyıq ki, əhalinin hansı hissəsi qeyri qanuni məksunlaşıb.
Ona görə də texniki imkanlar artırılmalı, maarifləndirmə tədbirləri görülməlidir. İnsanlar yaşayan yerlərdə iqtisadi imkanlar artırılmalıdır. İnsanlar yaşadığı evlərin dayanıqlılığından əmin olmalıdır. Məsələn sement, evlər sementlə tikilir lakin bu insana ziyandır. Eyni zamanda maliyyə strukturlarının cəlb edilməsi vacibdir. Bütün binalar 35% karbon dioksid yaradır ki, bunun da 2% i enerji sərfiyyatıdır. Biz bu karbon emissiyalarını azaltmalıyıq. Tikinti üçün ərazilər yaradılanda soyutma sistemi də qurmalıyıq ki, insanlar kondisionerdən istifadə etməsinlər.
Ayhan
10:11 20.05.2026
Oxunuş sayı: 98