Siyavuş Novruzov: Bakıda "Montin", "Vorovski", "Razin" kimi yer adları yoxdur
Bakıda "Montin", "Vorovski", "Razin" kimi yer adları yoxdur.
Crossmedia.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov komitənin bugünkü iclasında deyib.
O qeyd edib ki, sadəcə, hansısa obyekt müştərilərin onları rahat tapa bilməsi üçün bu köhnə adlardan istifadə edir:
"Məsələn, reklam edilir ki, tədris kursu "Montin"də yerləşir. Halbuki bu adda yer yoxdur. Mən bunu özüm araşdırmışam. Ümumilikdə, yer adlarının dəyişdirilməsi məsələsini Milli Məclis yanında Toponimiya komissiyası ciddi araşdırır. Əgər ərazinin kökü varsa, axtarıb tapılır. Məsələn, vaxtilə biz Şəmkirdə Çardaqlı kəndini Çənlibel etdik. Halbuki ikisi də türk mənşəlidir. Yəni, kökü müəyyən ediləndən sonra adların dəyişdirilməsi tövsiyə oluna bilər".
14:53 06.05.2026
Oxunuş sayı: 39