Xəzərdə baş verən zəlzələlər təhlükə siqnalıdırmı?
Xəzər dənizində növbəti seysmik hadisə qeydə alınıb və bu hal bölgənin geodinamik fəallığını bir daha diqqət mərkəzinə gətirib. Mütəxəssislərin qeyd etdiyi kimi, Xəzər hövzəsi seysmik baxımdan aktiv zonalardan biri hesab olunur və burada vaxtaşırı müxtəlif gücdə yeraltı təkanlar müşahidə edilir.
Məlumata əsasən, son zəlzələ mayın 2-də yerli vaxtla saat 09:50-də qeydə alınıb. 3 maqnitudalı və 27 kilometr dərinlikdə baş verən bu zəif təkanlar hər hansı ciddi fəsad doğurmasa da, bölgədə seysmik proseslərin davam etdiyini göstərir.
Baş vermiş hadisə ilə bağlı RSXM-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüslaı Rafiqqızı Crossmedia.az-a açıqlamasında Xəzər dənizində bu cür halların mütamadi olduğunu qeyd edib:

"Xəzər dənizi seysmik baxımdan fəal bölgələrdən biridir və bu ərazilərdə vaxtaşırı maqnitudası 3 və daha yuxarı olan zəif zəlzələlər qeydə alınır. Bu gün baş verən zəlzələ də maqnitudası 3 olan zəif təkan kimi qiymətləndirilir".
Elmir Heydərli
14:05 02.05.2026
Oxunuş sayı: 778