XRİTDX rəsmisi - Azərbaycanda əsasən istiqrazlar və maliyyə üzrə deep fake tipli hücumlar olur
Azərbaycanda əsasən istiqrazlar və maliyyə üzrə deep fake tipli hücumlar olur.
Crossmedia.az xəbər verir ki, bu fikri ictimai proseslər media müstəvisində mövzusunda 3-cü forumun rəqəmsal inkişaf, media, süni intellekt və innovasiya panel sessiyasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) komputer insidentlərin qarşı mübarizə mərkəzinin rəisi Murad Balayev bildirib.
O, dünya miqyasında deepfakenin olduqca geniş vüsət aldığını və bu cür hallarda süni intellektdən geniş istifadə olunduğunu vurğulayıb.
Mərkəz rəhbəri həmçinin medianın inkişafında da dezinformasiya nın qaçınılmaz olduğunu, lakin insanlar məlumatın dəqiqliyini yoxlamalı və bu sahədə özünü inkişaf etdirilməlidir.
Elmir Heydərli
15:50 01.05.2026
Oxunuş sayı: 57