Trampın sülh vədi reallıqdan uzaqdır - politoloq
ABŞ prezidenti Donald Tramp “İran və Ukrayna ilə bağlı münaqişələrin eyni vaxtda bitə biləcəyi” barədə açıqlaması beynəlxalq siyasətdə diqqət çəkən, amma real icrası mübahisəli iddia kimi qiymətləndirilir.
Çünki bu iki münaqişə fərqli geosiyasi səbəblərə və maraq toqquşmalarına əsaslanır. Trampın əvvəlki seçki dövründə “müharibələri bitirmək” vədi verməsi fonunda bu bəyanatların nə dərəcədə inandırıcı olduğu sual doğurur və onun siyasi vədlərinin real nəticələrlə uyğunluğu yenidən müzakirəyə açılır.
Mövzu ilə bağlı politoloq Aydın Tağıyev Crossmedia.az-a açıqlama verib:

“Görünən odur ki, Trampın “İran və Ukrayna münaqişələri eyni vaxtda bitə bilər” açıqlaması real görünmür bu bir xəyali ritorik ehyamdır. Çünki hər iki münaqişənin dinamikası, tərəflərin mövqeləri və beynəlxalq güclərin maraqları tamamilə fərqlidir.
Bu səbəbdən Trampın vədləri daha çox siyasi ritorika təsiri bağışlayır, praktik reallıqdan çox-çox uzaqdır. Tramp Ukraynanın “hərbi cəhətdən məğlub olduğunu” iddia edir, lakin bu, reallığı əks etdirmir çünki hələ ki, Ukrayna-Rusiya cəbhəsində münaqişə davam edir.
Onun “eyni vaxtda bitəcək” iddiası diplomatik və hərbi reallıqlara qətiyyən uyğun gəlmir. Onu qeyd edə bilərəm ki, hər iki münaqişə fərqli səbəblərə, maraqlara və güc balansına bağlıdır. Trampın açıqlamaları daha çox populist ritorika kimi görünür, praktik həll tərəfə baxdıqda Ukrayna-Rusiya müharibəsinin sülh perspektivi çox zəifdir”.
Ayhan
11:00 01.05.2026
Oxunuş sayı: 69