Bəzi ərazilərdə qaz kəsiləcək
Bu gün Bakının iki rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
Crossmedia.az xəbər verir ki bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat verilib.
Bildirilib ki, təmir-quraşdırma işlərinin aparılması məqsədilə saat 10:00-dan etibarən Sabunçu rayonu üzrə Maştağa (bir hissəsi) və Savalan qəsəbələrinin, Suraxanı rayonu üzrə isə Zığ kəndinin qaz təchizatında işlər yekunlaşanadək fasilə yaranacaq.
07:07 28.04.2026
Oxunuş sayı: 64