Trampa qarşı sui-qəsd cəhdi - hadisənin arxasında kim dayanır?
Ötən gün Ağ Ev rəhbərinə qarşı həyata keçirilmiş hadisə qlobal siyasi sistemdə prezident institutunun yalnız icraedici hakimiyyətin simvolu deyil, həm də dövlətin sabitliyinin və beynəlxalq nüfuzunun əsas dayaqlarından biri hesab olunur.
Bu səbəbdən, ABŞ Prezidenti daima yüksək səviyyəli təhlükəsizlik tədbirləri ilə qorunur və ona qarşı yönəlmiş hər hansı təhdid təkcə fərdi hadisə kimi deyil, milli təhlükəsizlik məsələsi kimi qiymətləndirilir.
Tarix boyu belə halların baş verməsi dövlətin təhlükəsizlik mexanizmlərinin gücləndirilməsinə və xüsusi xidmət orqanlarının fəaliyyətinin daha da sərtləşdirilməsinə səbəb olmuşdur.
Müasir dövrdə isə prezidentə qarşı mümkün hücum cəhdləri yalnız fiziki təhlükə ilə məhdudlaşmır, eyni zamanda siyasi radikalizm, sosial gərginlik və informasiya müharibələri kontekstində də dəyərləndirilir.
Bu baxımdan belə hadisələr cəmiyyətin daxili dinamikasını, siyasi qütbləşməni və hüquq-mühafizə sisteminin effektivliyini üzə çıxaran mühüm indikator kimi çıxış edir.
ABŞ-da bu tip insidentlər baş verdikdə, onlar həm ölkə daxilində, həm də beynəlxalq aləmdə ciddi rezonans doğurur və dövlətin təhlükəsizlik siyasətinə yenidən baxılmasını zəruri edir.
Məsələ ilə bağlı politoloq Zeynal Əmrəliyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Donald Tramp-a qarşı mümkün sui-qəsd cəhdi ilə bağlı səsləndirilən fikirlər göstərir ki, hadisənin arxasında konkret qüvvələrin dayanıb-dayanmadığı hələ dəqiq müəyyən edilməyib və bu məsələ ABŞ-ın müvafiq hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır.
Bəzi ehtimallar sırasında İranın adı hallandırılsa da, bu iddialar təsdiqlənmiş faktlara əsaslanmır və hətta Trampın özü də belə bir ssenarini inandırıcı hesab etmədiyini bildirib.
Buna görə də, yekun nəticələr yalnız rəsmi istintaq tamamlandıqdan sonra məlum ola bilər.
Hadisə zamanı J.D Vensin daha əvvəl təhlükəsiz əraziyə çıxarılması ilə bağlı müxtəlif şərhlər irəli sürülsə də, bu, mühafizə protokolları çərçivəsində izah olunur.
Qeyd olunur ki, vitse-prezidentin yerləşdiyi mövqe çıxışa daha yaxın olduğundan, təhlükəsizlik əməkdaşları ilkin olaraq onu, daha sonra isə Trampı ərazidən uzaqlaşdırıblar.
Ümumilikdə, ABŞ-da həm prezidentin, həm də vitse-prezidentin təhlükəsizliyi yüksək səviyyədə təmin olunur və hər iki şəxsin həyatının qorunması paralel şəkildə həyata keçirilir".
Elmir Heydərli
10:40 28.04.2026
Oxunuş sayı: 458