Kosta Aİ-nin Ukraynada sülhə nail olmaq üçün iki əsas strategiyasını açıqlayıb
Avropa İttifaqının (Aİ) Ukraynada ədalətli və davamlı sülhə nail olmaq strategiyası iki sütun üzərində qurulub: Ukraynanı gücləndirmək, Rusiyaya təzyiqi artırmaq. Bu gün hər ikisində irəlilədik.
Crossmedia.az xəbər verir ki, bunu Aİ Şurasının sədri Antonio Koşta "X"də yazıb.
" Ukraynaya 90 milyard avroluq kreditin açılması, 2026-2027-ci illər üçün maliyyə və hərbi dəstəyin təmin edilməsi və Rusiyaya qarşı 20-ci sanksiya paketinin qəbul edilməsi, onun müharibə aparmaq qabiliyyətinin azaldılması. Avropa Ukraynaya dəstəyində möhkəm, birləşmiş və sarsılmazdır".
Xatırladaq ki, bu gün Aİ Rusiyaya qarşı 20-ci sanksiyalar paketini açıqlayıb.
19:46 23.04.2026
Oxunuş sayı: 59