“İnsan məna axtarışında” adlı düşündürücü forum keçiriləcək
26 aprel 2026-cı il tarixində saat 10:30-da Badamdar qəsəbəsində yerləşən Avropa Azərbaycan məktəbində “Üzləşmə – II Forum” baş tutacaq. “İnsan məna axtarışında” mövzusuna həsr olunan tədbir, həyatın mənası, daxili boşluq və insanın yaradılışla bağlı suallarına işıq tutmağı hədəfləyir.
Crossmedia.az xəbər verir ko, forum açıq dialoq platforması kimi təşkil olunaraq iştirakçılara həm fərdi, həm də ümumi insani təcrübələr üzərindən düşünmək imkanı yaradacaq. Tədbirin əsas mesajı isə belə ifadə olunur: böyük dəyişikliklər üzləşmələrdən başlayır və bu cür görüşlər insan həyatında dönüş nöqtəsinə çevrilə bilər.
Tədbirdə sahə üzrə tanınmış mütəxəssislər çıxış edəcək. Uzman psixoloq Cəmilə Rəhimli, klinik psixoloq Elyaz Bornak və yazıçı-psixoloq Rövşən Abdullaoğlu “insan məna axtarışında” sualını müxtəlif aspektlərdən təhlil edəcəklər. Spikerlər öz elmi yanaşmaları ilə yanaşı, şəxsi təcrübə və müşahidələrini də iştirakçılarla bölüşəcəklər.
Forum iştirakçıları üçün bu tədbir yalnız dinləmə deyil, həm də öz daxili dünyasına yönəlmək və həyatın əsas suallarına cavab axtarmaq üçün bir fürsət kimi dəyərləndirilir.
Ayhan
09:48 23.04.2026
Oxunuş sayı: 69