Bu ərazilərdə işıq olmayacaq
Aprelin 23-də Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 6 kV-luq elektrik xətlərində təmir-təftiş işləri aparılacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.
Bununla əlaqədar saat 10:30-dan 15:30-dək Xırdalan şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir-təftiş işləri yekunlaşdıqdan sonra ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
23:33 22.04.2026
Oxunuş sayı: 58