Sabah bəzi ərazilərinin elektrik enerjisi verlişində fasilə yaranacaq
Aprelin 10-da Biləsuvar və Yardımlının bəzi ərazilərinin elektrik enerjisi verlişində fasilə yaranacaq.
Crossmedia.az xəbər verir ki, Biləsuvar və Yardımlı Elektrik Şəbəkələrinin (EŞ) ərazilərində 10 kV-luq hava xətlərində təmir işləri həyata keçiriləcək.
Bununla əlaqədar olaraq saat 10:30-dan 14:00-dək Biləsuvarın Xırmandalı, saat 14:00-dan 16:00-dək Yardımlının Dəlləkli, Gavran, Ostayır kəndlərində və şəhər ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.(Report)
21:26 09.04.2026
Oxunuş sayı: 43