Yaşıl maliyyə inkişaf etməkdə olan ölkələri xilas edəcəkmi?
Qlobal Cənub ölkələrinin maliyyə forumunda yaşıl enerji və davamlı inkişaf məsələləri əsas müzakirə mövzularından biri olub. Forum çərçivəsində iqlim dəyişikliklərinə qarşı mübarizə və ekoloji dayanıqlığın təmin olunması istiqamətində maliyyə mexanizmləri diqqət mərkəzində saxlanılıb.
Ekspertlər mövzu ilə bağlı
Crossmedia.az-a açıqlama verib.
İqtisadçı Natiq Cəfərli qeyd edib ki, Qlobal Cənub anlayışına daxil olan ölkələrdə Yaşıl Enerji - külək enerjisi digər ölkələr ilə paralel inkişaf edir:

"Avropa ölkələrində də
alternativ enerjinin inkişafına eyni yanaşma vardır. Onlar tez və daha dəqiq
çevik davranmağa çalışır, bir-birləri ilə münasibətdə qəraralma mexanizminin
mövcudluğundan danışırlar. Həm də burada bir Çin faktoru var ki, günəş və külək
enerjisinin əsas istehsalçısı kimdir. Qlobal Cənub Çindən daha yaxın olduğu
üçün bu ölkələrdə prossesin daha sürətlə getməsinin ehtimalı var".
Ekoloq İlqar Xəlilovun sözlərinə görə isə Çin Xalq Respublikasında keçirilən forumda Qlobal Cənub ölkələrində yaşıl enerji, yaşıl maliyyə və dayanıqlı inkişaf məsələləri müzakirə edilib:

"Əsas diqqət inkişaf etməkdə
olan ölkələrin iqtisadi inkişafında aşağı karbonlu iqtisadiyyat, yaşıl enerji mənbələri
olan günəş və külək enerjisindən istifadə, yeni iş yerlərinin yaradılması məsələsi
müzakirə edilmiş və bunların həyata keçirilməsi üçün investisiya qoyuluşu
(yaşıl maliyyə) nəzərdə tutulmuşdur.
Bu forumun nəticəsi olaraq,
Qlobal Cənub ölkələri arasında yaşıl enerji və maliyyə sahəsində əməkdaşlığın dərinləşdirilməsi,
investisiya axınlarının ekoloji layihələrə yönəldilməsi və aşağı karbonlu
iqtisadiyyat modelinə keçidin sürətləndirilməsi əsas prioritet kimi müəyyənləşdirilib".
İ.Xəlilov əlavə edib ki, bu həm
iqtisadi inkişafı, həm də iqlim dəyişikliklərinə qarşı mübarizəni gücləndirəcək.
Fatimə
12:00 09.04.2026
Oxunuş sayı: 609