Sulutəpə və Xocahəsən qəsəbələrində qaz olmayacaq
Bu gün Bakının Binəqədi rayonunun bir hissəsində qaz olmayacaq.
Bu barədə Crossmedia.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, aparılacaq təmir-quraşdırılma işləri ilə əlaqədar saat 10:00-dan etibarən Binəqədi rayonunun Sulutəpə və Xocahəsən qəsəbələrinin qaz təchizatı müvəqqəti məhdudlaşdırılacaq.
09:24 08.04.2026
Oxunuş sayı: 44