Sabah Biləsuvarda 600 abonentin qazı kəsiləcək
Sabah Biləsuvarın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.
Crossmedia.az-ın məlumatına görə, Biləsuvar rayonu Xırmandalı kəndində yerləşən əsas paylayıcı yeraltı qaz xəttində qaz sızması aşkar edilib.
Aşkar olunmuş nasazlığın aradan qaldırılması məqsədilə 8 aprel saat 10:00-dan etibarən təmir işləri başa çatanadək ümumilikdə 600 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.(Report)
17:45 07.04.2026
Oxunuş sayı: 36