Bu gün hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində intensiv olacağı gözlənilir.
Crossmedia.az xəbər verir ki, havanın temperaturu gecə 10-12° isti, gündüz 12-16° isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 9-13° isti, gündüz 17-22° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.
09:28 06.04.2026
Oxunuş sayı: 46