Bakıda rekord yağıntı: normadan 6 dəfə çox
Bakı və Abşeron yarımadasında indiyədək qeydə alınmış rekord yağıntı göstəriciləri ilə müqayisədə cari ilin mart ayında müşahidə edilən yağıntılar əhəmiyyətli dərəcədə yüksək olub.
Bu barədə Crossmedia.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Beildirilib ki, 1988-ci il martın 21-də sutka ərzində düşən yağıntının miqdarı 36,8 mm təşkil edib ki, bu da aylıq normanın təxminən 150 %-nə bərabər olub.
Cari ilin mart ayının 27–28-də isə ümumilikdə 143 mm yağıntı qeydə alınıb. Bu isə aylıq normanın 606 %-ni təşkil edir.
Aylıq göstəricilərə gəldikdə isə 1988-ci ilin mart ayında Bakı və Abşeron yarımadasında ümumilikdə 83 mm yağıntı düşüb ki, bu da aylıq normanın 352 %-nə bərabər olub. 2026-cı ilin mart ayının ilk 28 günü ərzində isə yağıntının miqdarı 151 mm təşkil edib. Bu göstərici aylıq normanın 640 %-i, yəni təxminən 6 dəfə çoxdur.
Beləliklə, müşahidə olunan yağıntı göstəriciləri 1988-ci ilin müvafiq rekordları ilə müqayisədə sutkalıq maksimum üzrə təxminən 4 dəfə, aylıq göstərici üzrə isə təxminən 2 dəfə çoxdur. Bu isə cari dövrdə yağıntıların intensivliyinin və anomaliyasının yüksək olduğunu göstərir.
14:05 29.03.2026
Oxunuş sayı: 51