GADTB məramnaməsini açıqladı: Hədəf müstəqillikdir
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) öz məramnaməsini təqdim edib.
Crossmedia.az xəbər verir ki, sənəddə Azərbaycan türklərinin uzun illərdir müxtəlif ayrı-seçkilik və hüquq pozuntuları ilə üzləşdiyi yazılıb.
Qeyd olunur ki, təşkilatın əsas məqsədi Azərbaycan türklərinin hüquqlarının bərpası, ana dilində təhsil imkanlarının təmin edilməsi və Güney Azərbaycanın müstəqilliyinə nail olmaqdır.
Məramnamədə həmçinin gələcəkdə qurulacaq dövlətin demokratik, hüquqi və dünyəvi prinsiplərə əsaslanacağı, insan hüquqlarının qorunacağı vurğulanır. Bununla yanaşı, iqtisadi inkişaf, sosial ədalət, təhsil və elmin inkişafı da prioritet istiqamətlər kimi göstərilir. Təşkilat terror və zorakılığı pislədiyini bildirir və fəaliyyətində sivil mübarizə üsullarına üstünlük verdiyini qeyd edir.
Fatimə
11:45 27.03.2026
Oxunuş sayı: 87