Azərbaycanda 2 ayda dəri istehsalının həcmi açıqlanıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 5,8 min kvadratmetr emal edilmiş dəri istehsal edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinə məlumat yayıb. Bildirilib ki, dəri istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 17 % azdır.
Bu il martın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyatı olub.
2025-ci ildə Azərbaycanda 58 min kvadratmetr dəri istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 10 % azdır.
18:13 24.03.2026
Oxunuş sayı: 40