Azərbaycanda şüşə istehsalı artıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 1 milyon 615 min kvadratmetr tikinti şüşəsi istehsal edilib.
Crossmedia.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 % çoxdur.
Bu il martın 1-nə ölkədə 2 milyon 126 min kvadratmetr hazır məhsul ehtiyatı olub.
2025-ci ildə Azərbaycanda 9 milyon 851 min kvadratmetr tikinti şüşəsi istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 7,3 % çoxdur.
10:15 23.03.2026
Oxunuş sayı: 47