Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
Sabah yağış və dumanla əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.
Crossmedia.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumatda qeyd edilib ki, martın 22-də bəzi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.
16:15 21.03.2026
Oxunuş sayı: 461