"Türk Xalqlarının müasir mətbuatı" kitabının III hissəsi nəşr olunub
BDU-nun Jurnalistika fakültəsinin Beynəlxalq Jurnalistika və İnformasiya Siyasəti kafedrasının professoru Sabir Məmmədlinin "Türk Xalqlarının müasir mətbuatı" kitabının III hissəsi nəşr olunub.
Crossmedia.az xəbər verir ki, III hissədə Altay türkləri, Hakas türkləri, Tıva türkləri, Saxa və Uyğurıstan türklərinin mətbuatı tədqiq olunub. Müəllif geniş faktoqrafik materiallar əsasında Altay, Hakas, Tıva, Saxa və Uyğurıstan türklərinin mətbuatının yaranması və inkişafı prosesini hərtərəfli şəkildə tədqiq edir. Hər bir toplumun danışan dili olan milli mətbuat tarixi zərurətdən doğmuş, cəmiyyətin inkişafına çalışmış, davamlı olaraq xalqın varlığını qorumuş, oxucu auditoriyasını öz ətrafında birləşdirərək həmişə yeniliyə can atmışdır.
Hazırki araşdırma türk dünyasl, siyasi və ictimai elmlər sahəsində çalışan alimlər, tədqiqatçılar, jurnalistlər, tələbələr və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Müəllif bu barədə saytımıza açıqlamasında bildirib ki, tədqiqatlarını davam etdirmək niyyətindədir: "Kitabın birinci və ikinci cildi müvafiq olaraq 2019 və 2023-cü illərdə nəşr olunub. Artıq üçüncü cildi hazırladıq. Gələcəkdə bu layihəni davam etdirmək barədə düşünürəm. Ola bilsin, dördüncü cildini də hazırlayım. Həmçinin Orta Asiya xalqlarının mətbuatı tədqiq edib, ayrıca bir kitab kimi nəşr etdirmək planım da var".
16:14 19.03.2026
Oxunuş sayı: 50