Bəzi ərazilərdə duman müşahidə olunur
Hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində duman müşahidə olunur.
Crossmedia.az xəbər verir ki. bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ölkə ərazisində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar olaraq atmosfer hadisəsidir. Axşam saatlarından cənub-şərq küləyinin şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da dumanın seyrəlməsinə səbəb olacaq.
16:01 16.03.2026
Oxunuş sayı: 41