Anaklaudiya Rossbax Bakı Olimpiya Stadionunda olub
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax 2026-cı il 17–22 may tarixlərində Bakıda Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasının (WUF13) keçiriləcəyi Bakı Olimpiya Stadionunda olub.
Crossmedia.az xəbər verir ki, bu barədə "WUF13Azerbaijan"ın "X" sosial media hesabında paylaşım edilib.
O, WUF13 Azərbaycan Əməliyyat Şirkətinin ofisini də ziyarət edib. Ziyarət zamanı A. Rossbax forumun Bakıda keçirilməsi ilə bağlı cari hazırlıq və təşkilati işlər barədə məlumatlandırılıb.
Qeyd edək ki, Anaklaudiya Rossbax Qlobal Bakı Forumunda iştirak məqsədilə Azərbaycana səfər edib.
23:24 13.03.2026
Oxunuş sayı: 45