İlber Ortaylının son günlərində yazdığı köşə yazısı
Qəribədir, insan dünyadan köçdükdən sonra, onun son günlərində qələminə gələn sözləri oxumağa başlayırsan, sanki səsi yenidən danışır
Bu gün Türkiyənin tanınmış tarixçisi, professor və alim İlber Ortaylı vəfat edib. Məlumata görə, uzun müddətdir müalicə aldığı hospitalda dünyasını dəyişən alim təkcə Türkiyədə deyil, bütün türk dünyasında tarix elminə verdiyi töhfələrlə tanınırdı. Onun vəfat xəbəri elm və media ictimaiyyətində böyük kədər hissi ilə qarşılanıb.
İlber Ortaylı illər boyu Osmanlı və dünya tarixi ilə bağlı araşdırmaları, kitabları və televiziya proqramları ilə geniş auditoriyanın diqqətini cəlb etmişdi. O, tarix elmini sadəcə akademik sahə kimi deyil, həm də cəmiyyətə çatdırılması vacib olan bir bilik kimi təqdim edirdi. Ortaylının çıxışları, mühazirələri və yazıları minlərlə insanın tarixə marağını artırmışdı.
Crossmedia.az İlber Ortaylının ölümündən bir neçə gün öncə yazdığı köşə yazısını təqdim edir:
Əməliyyatlarım və səhiyyə işçilərimiz
"Keçən həftə əməliyyatın uğurla keçdiyini demişdim. Bu bazar gecəsi isə birdən halım pisləşdi. Xəstə baxıcılar və tibb bacıları dərhal köməyə gəldilər. Məni yenidən əməliyyata apardılar və qəfil başlayan qanaxmanı dayandırdılar. Belə anlarda insan bu ölkədə hələ də işini ciddi görən, vicdanla çalışan insanların varlığına şükür edir. Heç bir xalqın qadınları türk qadınları qədər birlik ola bilməz, belə çətin anlarda bu qədər soyuqqanlı və bacarıqlı davranmaz.
Keçən həftə bazar ertəsi günü professor doktor Yakup Kordan müəllimlə birlikdə Koç Universiteti xəstəxanasının uzun dəhlizlərindən keçərək anesteziya üçün əməliyyat otağına doğru irəliləyirdik. İnsan belə anlarda istər-istəməz ətrafına baxır. Müasir tibbin intizamlı səssizliyi, dəhlizlərdə eşidilən addım səsləri və insanların üzündəki ciddilik bu işin nə qədər böyük bir təşkilat olduğunu xatırladır. Uzun əməliyyatdan sonra daha bir neçə müdaxilə edildi və hamısı çox tez başa çatdı.
Türkiyə möcüzələr ölkəsidir. Bəziləri möcüzələr yaradır, digərləri isə heç nəyi vecinə almır. Başqa hansı cəmiyyətdə bu qədər keyfiyyətli insanlar digərlərini daşıyır? Bu, ciddi sualdır. Ümidlərini Almaniyaya, Amerikaya bağlayanlara demək lazımdır ki, Almaniya bu gün Hindistanın yüz milyonlarla yoxsul, bacarıqlı və hər işi görməyə hazır insanları ilə üz-üzədir. Almanlar yeni müttəfiq və yeni işçi qüvvəsi tapdıqlarını düşünürlər. Bu onların problemidir. Amma bizim də onlardan uzaq durmağımız lazımdır. Çünki məsələ yalnız işçi qüvvəsi deyil, mədəniyyət və insanlıq məsələsidir".
Bundan əlavə, mərhum professor Azərbaycan-Türkiyə qardaşlığına da toxunmuşdur:
"Azərbaycan və Türkiyə Xarici İşlər Nazirlikləri ilə hər iki ölkənin parlament üzvlərinin ortaq dəstəyi və iştirakı ilə Azərbaycan mövzusunda bir toplantı keçirilib. Bir gün davam edən bu konqresdə məncə hamımızı duyğulandıran ən önəmli açıqlama, Azərbaycan parlamentindəki Tənzilə Rüstəmxanlının qısa və səlis təqdimatı oldu:
“Şah İsmayıl Səfəvi də bizimdir; 8 illik hökmranlığında 80 illik böyük işlər görən Yavuz Sultan Selim də bizimdir. 19-cu əsrə qədər böyük şairlərimiz, filosoflarımız, ortaq tariximiz belə davam edir. Türklük bizim ortaq yurdumuzdur”.
İnsanlar gözlənilməz vaxtda dünyadan gedir. Geriyə isə yalnız yazıları və xatirələri qalır...
Fatimə
19:42 13.03.2026
Oxunuş sayı: 63