Sürücülər, bu dəyişiklikdən xəbəriniz olsun...
"Yol hərəkəti haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən Yol polisi üçün dayanma və ya durma, parklanma qaydalarının pozulmasına görə protokolun surətinin təqdim edilməsi qaydası dəyişdirilir.
Təklif olunan dəyişikliklərə əsasən, dayanma və ya durma qaydalarının, parklanma qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən inzibati xəta haqqında qərarın surətinin nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulması tələbi aradan qaldırılır.
Qeyd olunub ki, bu sənədlərin çatdırılması real vaxt rejimində həyata keçirildiyi üçün kağız formatın aradan qalxması zərurətindən yaranıb.
Nəqliyyat eksperti Aslan Əsədov bu barədə Crossmedia.az-a açıqlama verib: "Protokolun avtomobilin ön şüşəsinə qoyulması təcrübəsi artıq keçmişdə qalıb. Artıq proses elektronlaşdırılıb. Məlumatlar vətəndaşa sms vasitəsilə göndərilir. Odur ki, bu qərar gözlənilən idi".
17:33 13.03.2026
Oxunuş sayı: 50