Professor: Hər sözü dilə gətirmək olmaz
"Hər sözü dilə gətirmək olmaz. Əgər dildə bunun analoqu varsa, yəni həmin mənanı ifadə edən söz işlənirsə, onu başqa dildən götürüb gətirməyə heç bir ehtiyac yoxdur".
Bunu Crossmedia.az-a geniş müsahibəsində Azərbaycan Dilçilik İnsitutunun direktoru, professor Nadir Məmmədli deyib.
"Cənab Prezidentin çıxışlarını xatırlayırsınız. Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi ilə bağlı çıxışı oldu, eləcə də yanvarın 5-də milli jurnalistlərlə, media nümayəndələri ilə görüş keçirildi. Orada da qeyd edildi ki, biz özümüz hiss etmədən dilimizə daxil olan sözlərlə onu pozuruq. Bu, qətirə-qətirə, damla-damla yığılır və nəticədə dilimizə ziyan vurur. Bunun fəsadlarını isə sonradan hiss edəcəyik. Ona görə də, əgər istənilən bir fikri öz dilimizdə ifadə edə biliriksə, əcnəbi dildən gələn sözləri götürməyə ehtiyac yoxdur. Ulu Öndər də deyirdi ki, əgər bir dildə esse yazmaq mümkündürsə, roman yazmaq mümkündürsə, belə möhtəşəm əsərlər yaratmaq mümkündürsə, deməli, bu dil güclü dildir, cilalanmış, əsrlərin sınağından keçmiş bir dildir. Təbii ki, biz onun qədrini bilməliyik. Ona görə də deyirdi ki, bu dil bizə babalarımızdan qalıb və biz onu miras kimi gələcək nəsillərə ötürməliyik. İndi necə ötürməliyik? Bax, bu məsələ dilçilərin üzərinə düşən ən böyük vəzifələrdən biridir. Təkcə dilçilərin yox, ümumiyyətlə cəmiyyətin üzərinə düşən böyük məsuliyyətdir ki, biz dili sağlam şəkildə gələcək nəsillərə ötürək", - o bildirib.
Ayhan
16:10 13.03.2026
Oxunuş sayı: 49