Ramazan orucunu saxlaya bilməyənlər üçün fidyə və əvəz tədbirləri
Ramazan ayında hər kəs oruc tuta bilmir. Bəzi insanlar sağlamlıq problemlərinə görə, bəziləri isə səfərdə olduqları üçün orucu məcburiyyətdən saxlamır.
Xəstələr və səyahət edənlər üçün bu hallar qanunvericilik və dini qaydalar çərçivəsində nəzərə alınır. Həkimlər və din xadimləri orucu saxlamağın sağlamlıq və təhlükəsizlik baxımından vacib olduğunu bildirirlər.
Eyni zamanda, Ramazan ayında orucu tuta bilməyənlər üçün müəyyən əvəz tədbirləri mövcuddur.
Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, ilahiyyatçı alim Samid Quliyev Crossmedia.az-a bu mövzuda izah verib:

"Orucun hökmü xəstə olanlar və səfərdə olanların üzərindən götürülür. Qurani-Kərimin ayəsinə əsasən səfərdə yaxud xəstə olarkən tutmadığı günlərin müqabilində əgər Ramazan bitdikdən sonra da sağalmayan istisna olmaqla, sağalandan sonra və səfərdə olanlar öz yaşadığı yerə qayıtdıqdan sonra oruc tutmalıdırlar".
İlahiyyatçı vurğulayıb ki, əgər oruc tuta bilmirlərsə tutmadıqları günün müqabilində fidyə verməlidirlər:
"Bu da bir kasıbı doyuracaq qədər olur. Təxminən 750 qram çörək nəzərdə tutulur. Hazırkı qiymətlə uyğunlaşdırsaq bir kasıbı doyuracaq bir porsiya yeməyin dəyərini verməlidir".
Fatimə Məmmədova
15:42 11.03.2026
Oxunuş sayı: 869