Sabah bəzi ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
Abşeron rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB-dən məlumat verilib.
Bildirilib ki, Abşeron rayonu Yoncalıq və Can təpə yaşayış massivləri, Binəqədi şosesi 1, 2, 3-cü döngələr, M.Ə.Sabir, Dədə Qorqud, Mirəli Qaşqay, Yusif Məmmədəliyev küçələrində qaz təchizatının yaxşılaşdırılması məqsədilə yeni çəkilmiş yeraltı qaz xəttinin mənbəyə qoşulması ilə əlaqədar 06.03.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə qeyd olunan ünvanlarda 9000 istehlakçının qaz təchizatında fasilə yarancaqdır.
18:32 05.03.2026
Oxunuş sayı: 385