DTX əməkdaşları “Ana harayı” abidəsini ziyarət ediblər - VİDEO
DTX-nin əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə DTX məlumat yayıb.
Məlumata görə, Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.
Abidənin önünə gül dəstələri qoyulmuş, soyqırımı zamanı həlak olanların əziz xatirəsi dərin ehtiramla yad edilmişdir.
17:54 26.02.2026
Oxunuş sayı: 532