Yadplanetlilərdən 2027-ci İl təhdidi: Kosmonavtın gizli qeydləri ilk dəfə açıqlanır
Tarix boyu müəyyən hadisələr, fikirlər müəmmalı şəkildə qalıb. Evlərdən tapılan gecikmiş məktublar, cavabsız suallar isə bu hadisələri daha da sensasianal mövzuya çevirir. Bunlardan biri də yadplanetlilərlə bağlı sual doğuran məktublardı.
Belə ki, xarici vətəndaşlardan biri Aleksey Leonov vəfat etdikdən sonra, qohumları onun mənzilində köhnə dəftər və səs yazısı tapırlar. Kasetin üzərində isə belə yazılmışdı: “10 il sonra açılmalıdır”.
Səs yazısında Leonov titrək səslə danışırdı: “18 mart 1965-ci ildə baş verənlər mənim baxışımı tamamilə dəyişdi. Yarım əsrlik sükutu pozuram, çünki indi həqiqəti açıqlamağın vaxtıdır. Onlar geri dönürlər”.
Kosmonavt Baykal gölünün sahilində dünyaya gəlib. Uşaqlıq xatirələrində isə qəribə bir hadisə həkk olunmuşdu: 1947-ci ilin qışında gölün üzərinə parlayan üç kürə enmiş və onlardan biri Alyoşaya istilik yayaraq ağlında səs buraxmışdı:
“Sən də bizim dünyamıza gələcəksən”.
Dostları bu hadisəni xatırlamırdılar, amma Leonov metal bir parça saxlamışdı.
Kosmonavt seçilmə mərhələsində qeyri-adi tibbi qeydləri alimlərin diqqətini çəkdi. O, 1957-ci ildə gecə uçuşu zamanı naməlum obyektlə qarşılaşdığını bildirmişdi. Moskva çağırışı nəticəsində o, xüsusi protokollarla tanış oldu: yerdənkənar varlıqlarla təmas zamanı gizlilik və “Şəfəq-ekstra” kod sözü istifadə olunmalı idi.
Ulduz şəhərciyində “Akvarium” adlı gizli bunker mövcud idi. Burada infraqırmızı təcrübələr aparan Leonov uşaqlıqda eşitdiyi səsi yenidən eşitdi:
“Tezliklə bizə gələcəksən.”
Onun çəkdiyi rəsmlərdə günbəzli şəhərlər və naməlum işıq varlıqları əks olunmuşdu.
Kosmosda 18 mart 1965-ci ildə baş verənlər rəsmi hesabatlarda əks olunmasa da, Leonovun gizli qeydləri dörd dəqiqəlik qeyri-adi təmasdan bəhs edirdi. Varlıqlar ona öz dünyalarını göstərmiş, nüvə müharibəsi kimi gələcək hadisələr barədə xəbərdarlıq etmişdi.
Qayıtdıqdan sonra Leonova susmaq əmri verildi və gizli “Əlaqə” layihəsi başladı. Naməlum kristal laboratoriyalarda saxlanıldı.
1975-ci ildə SSRİ və ABŞ arasında rəsmi gərginliyi azaltmaq missiyası zamanı ikinci təmas baş verdi. Gəmilər lövbər saldıqda, 30 metr diametrli disk peyda oldu. Leonov buna yaxınlaşdı və “Müşahidəçilər” ona Yer kürəsinin iki mümkün yolunu göstərdi: ya özünüməhv, ya da birləşmək.
Varlıqlar bildirirdi: “2027-ci ilə qədər vaxtınız var. Hazır olanlar Qalaktik Birliyə qoşulacaq, digərləri təcrid olunacaq”.
Bundan sonra Leonov kosmik rəsmlərinə kodlar, simvollar və ulduz xəritələri yerləşdirdi.
Mövzu ilə bağlı Şamaxı Astrofizika Rəsədxanasının şöbə müdiri, astronomiya üzrə fəlsəfə doktoru, dosent Nazim Qaraməmmədli Crossmedia.az-a açıqlama verib . O belə bir şeyin mövcudluğunun olmadığını vurğulayıb:
"Yerdən kənar sivilizasiyanın mövcud ola bilməsi ehtimalından danışmaq mümkündür. Yerdən kənar sivilizasiyaların axtarışı üçün müxtəlif istiqamətlərdən gələn radio siqnalların araşdırmalar davam edir.

Aparılan araşdırmalar göstərir ki, hələlik heç bir halda şüurlu varlıqların göndərdiyi radio siqnallar aşkar olunmayıb. Bu gün üçün yerdən kənar sivilizasiyalarla radio siqnallarla əlaqədən danışmaq real görünə bilər.
Günəş sisteminin yerdən başqa hansısa planetində həyatın olması mümkün deyil! Yer planetindən başqa heç bir planetdə həyat yoxdur".
Müsahibin sözlərinə görə, bizim Qalaktika da yerləşən hansısa ulduzun ətrafında canlı varlıqların və ya şüurlu sivilizasiyaların olması ehtimalından danışmaq mümkündür:
"Ehtimal nəzəriyyəsinə görə təxminən bizim Qalaktikada 20-yə yaxın sivilizasiyanın mövcud olması ehtimal edilir. Ancaq onlarla əlaqənin qurulması çox müşkül problemdir. Çünki ulduzlar arası məsafə çox böyükdür.
Ona görə ki, bizdən ən yaxın ulduza qədər məsafəni bir saniyədə 300000 km sürətlə hərəkət edən işıq şüası 4,26 işıq ilinə qət edir. Bu məqsədlə ilk addım 1977-ci ildə atılıb. NASA mövcud ola biləcək hər hansı yerdən kənar sivilizasiyaya Yer planetində yaşayan sivilizasiya haqqında məlumat vermək üçün Voyacer 1 kosmik gəmisini kosmik səmaya göndərib. Bu kosmik gəmi bir-iki il bundan qabaq Günəş sisteminin hüdudlarını tərk edərək digər ulduzlar istiqamətində hərəkətdədir".
Fatimə Məmmədova
10:30 26.02.2026
Oxunuş sayı: 701