Ölkədə bu qədər işsiz var imiş - ŞOK RƏQƏMLƏR
Azərbaycanda 2026-cı il fevral ayının 1-nə əsasən, Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 245,6 min nəfər olub.
Crossmedia.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin yanvar-dekabr ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb.
Qeyd edilib ki, onların 51,9 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 446,6 manat olub.
16:57 20.02.2026
Oxunuş sayı: 532